18 İyul 2014 14:24
459

Cəlilabad şəhərinin ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, şəhər sakini Seyidmüslüm Soltanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Elməddin Quliyevi vurub.

Xəstəxanaya yerləşdirilmiş E.Quliyev orada ölüb.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif: