19 İyun 15:05
520

Xırdalan şəhərində ögey qızını öldürməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Ağsu rayon sakini Elnar Hacıyevin məhkəməsi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, ötən il iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in “102” Mərkəzinə zəng edərək şəhər ərazisində 6 yaşlı qızı Ramilənin naməlum avtomobillə vurulması barədə məlumat verib.

Meyitin müayinəsi zamanı uşağın avtomobillə yox, zorakılıq nəticəsində öldürüldüyü müəyyən edilib.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində uşağı döyərək öldürməkdə şübhəli bilinən Xırdalan sakini Elnar Hacıyev tutulub.

Məlum olub ki, Elnar Hacıyev Xırdalanda Samirə Yarıyeva ilə qeyri-rəsmi nikahda yaşayıb. Həm Elnar Hacıyevin, həm də Samirə Yarıyevin əvvəlki nikahlarından bir qızı olub. Onlar ailə kimi bir yerdə yaşayıblar.

İstintaq müəyyən edib ki, 28 iyul 2016-cı ildə Elnar Hacıyev işdən evə gəlib. O, doğma qızı Həcər Hacıyevaya ləyəndə su gətirməyi tapşırıb. Qızı ləyəndə su gətirib, atası ayağını yuyub. Ayağını yuduqdan sonra Elnar Hacıyev ləyəni ögey qızı Ramilə Abdulxaliqovaya aparmağı tapşırıb. 6 yaşlı qızın ləyənə gücü çatmayıb, suyu döşəməyə töküb.

Əsəbiləşən Elnar Hacıyev 6 yaşlı qıza yumruq-təpik vurub, bununla kifayətlənməyib, Ramilənin qulağından qaldırıb evin divarına çırpıb. Qız huşunu itirdikdə Elnar Hacıyev qızın üzünə su vurub. Özünə gəlmədiyini gördükdə uşağı divana uzadıb. Öz qızı Həcəri Ramilənin yanına qoyaraq aptekə gedib. Lakin 6 yaşlı qız keçinib.

Elnar Hacıyev qonşu Tural Hüseynli də dava edib. İyunun 25-də dava zamanı Tural Hüseynlinin başına və burnuna zərbələr endirib.

Bildirilir ki, Samirə Yarıyeva qızının qeyri-rəsmi yaşadığı Elnar Hacıyev tərəfindən öldürüldüyünü bilsə də, hüquq-mühafizə orqanlarına onu avtomobilin vurduğu barədə yalan məlumat verib. Buna görə Samirə Yarıyeva da həbs edilib.

Samirə Yarıyevaya qarşı Cinayət Məcəlləsinin 133-cü (işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq belə nəticəyə gəlib ki, Samirə mütəmadi olaraq uşağını döyüb, meyitin üzərində aşkarlanmış xəsarətlərin bir neçəsini hadisədən əvvəl öz anası yetirib. Samirə Yarıyeva həbsdədir, onun barəsində olan cinayət işi ayrıca icraatda araşdırılır.

Elnar Hacıyev Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) maddəsi ilə ittiham verilib.

İttihama münasibət bildirən Elnar Hacıyev özünü təqsirli bilməyib. Buna görə hakimlər təqsirləndirilən şəxsin dindirilməsini məhkəmənin sonuna saxlayıblar. Hakimlər zərərçəkmiş tərəfi və şahidlərin dindirilməsi mərhələsinə başlayıb.

Şahid qismində ifadə verən Elnar Hacıyevin 10 yaşlı qızı Həcər Hacıyeva deyib ki, ölən qız anası ilə onların evlərində qalıb: “Onun adı Ramilə idi, anası da Samirə idi. Həmin gün parka getdik. Atam Ramiləni aparmamışdı, onu otağa qoyundan sonra getmişdik. Sonra biz evə qayıtdıq. Atam dedi, ləyəndə su gətir, ayaqlarımı yuyum. Suyu gətirdim, atam ayaqlarını yudu. Ləyəni Ramiləyə aparmağı tapşırdı. Bu zaman Ramilə suyu yerə tökdü. Buna görə atam onu döydü, yerə yıxdı, sillə təpik vurdu. Mən də pəncərədən onlara baxırdım. Atam Ramiləni başını divara çırpdı. Ramilə özündən getdi, onun başını soyuq su ilə yusa da, ayılmadı”.

Həcər Hacıyeva qeyd edib ki, atası qızın ayılmadığını görüb, siqaret çəkib və ona da boyunbağı verib: “Atam dedi, məni tutsalar, boyunbağını yadigar saxla. Mən yatdım. Atam nənəmi çağırmışdı. Mənə dedilər ki, kim səndən soruşsa, deyərsən ki, yıxılıb. Nənəm qızın meyiti yudurtmağa apardı”.

Şahidin ifadəsinə görə, Ramiləni hər gün atası da, anası Samirə də döyürmüş: “Ramilə pis qız deyildi. Heç nəyin üstündə döyülürdü. Atam əsəbiləşib onu yağışın altında qoyurdu. Nənəm də o öləndən sonra Samirəyə demişdi ki, sakit dur, səsin çıxmasın. Nənəm hətta ona demişdi ki, heç kimə heç nə deməsən, onu atama alacaq və toy edəcək. Samirə də onunla razılaşmışdı”.

Təqsirləndirilən şəxs Elnar Hacıyev isə qızının yalan danışdığını deyib: “Həcər mənim qızımdı, nə desə qəbulumdur. Lakin onu anası öyrədib. Buna görə də əzbər danışır. Qızım burdan səslənirəm, nə olursa, olsun, amma düzgün danışsın”.

Şahidin məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər olduğu məlum olub. Bu səbəbdən hakimlər onun istintaqda verdiyi ifadələri elan edib.

Həcər Hacıyeva istintaqa verdiyi ilkin ifadəsində qeyd edib ki, Ramilə yıxılaraq ölüb. Amma ilkin ifadəsindən bir neçə həftə sonra o, 6 yaşlı Ramilənin atası tərəfindən döyülərək qətlə yetirildiyi bildirib.

Daha sonra ifadə verən Həcər Hacıyevanın doğma anası Bülbül Hacıyeva bildirib ki, Elnarla 2002-ci ildə ailə həyatı qurub: “O vaxt mənim yaşım az idi. Valideynlərim zorla məni Elnara verdilər. Elnar çox pis ər idi. Heç nəyin üstündə məni döyürdü. Hazırda başımda şişlər qalıb. Xəstəlikdən əziyyət çəkirəm. 2014-cü ilə qədər dözə bildim. Sonra onunla boşandım. Birgə nikahımızdan bir qızımız, bir oğlumuz var. Məhkəmə uşaqları mənə verdi. Elnar uşaqlara aliment vermirdi. Mən də ona görə uşaqları ona göstərmirdim. Uşaqları anam baxırdı. Onlar Ucarda qalırdı, mən də Bakıda işləyirdim.

Qaynanam bir dəfə zəng elədi və xahiş elədi ki, uşaqları ona göstərim. Mən də uşaqlarımı qaynanamgilə göndərdim. 1 həftə sonra Həcər gəlmək istəmədi. Oğlum Ümid isə qayıtdı. Həcər atası ilə qalmaq istədi. Mən də razılaşdım”.

Bülbül Hacıyeva bildirib ki, qətl olayından hadisə olan günü internetdən xəbər tutub: “İnternetdə yanlışlıqla mənim qızımın şəklini qoymuşdular. Zəng elədim qayınanama, qayınanam dedi ki, narahat olma Həcər yaxşıdı. Dedim, Həcər hardadısa götürərəm. Getdi Həcəri götürdüm. Elnar ömrü boyu tüfeyli həyat sürürdü. Normal adam deyil”.

Bülbül Hacıyeva deyib ki, Elnarın Samirə adlı qadınla münasibətin olduğu bilib: “Həcəri onlara verəndə Samirənin varlığından xəbərsiz olmuşam. Bundan sonradan xəbər tutdum, Həcəri zəng elədim ki, gəlib səni götürüm. Dedi, gəl götür. Üstündən 3-4 gün keçdi, bu hadisə baş verdi”.

Həbsdə olan Samirə Yarıyeva qeyd edib ki, həyat yoldaşından boşandıqdan sonra 4 uşağı ilə Bakıya gəlib: “Uşaqları saxlaya bilmədim. 3-nü aparıb uşaqlar evinə qoydum. Bircə Ramiləni özümlə saxladım. Kafelərdə ofisiant işləyirdim. 2016-cı ildə Elnarla tanış oldum. Elnar anasına məni kirayəçi kimi təqdim etdi. Bundan sonra Elnarla münasibətimiz yarandı. Anası elə bilirdi ki, mən orda kirayə qalıram. Elnar mənim uşağıma yanımda heç vaxt pis davranmayıb”.

Samirə Yarıyevanın sözlərinə görə, hadisə günü Elnar onu zəng edərək təcili evə çağırıb: “Evə gəldim, Elnarın anası da evdəydi. Dedilər, Ramilə pilləkən yıxılıb ölüb. Özümə gələ bilmədim. Elnarın anası uşağı yumağa


Müəllif: Hacı Zeynalov