6 Avqust 2017 15:21
1 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda avtomobilləri qarət edən şəxs yaxalanıb.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nəcəf Hüseynov tutulub.

Nəcəf Hüseynov rayon ərazisində 4 avtomobildən pul, akkumulyator, mobil telefon, səsgücləndiricilər və təmir-tikinti aləti oğurlamaqda şübhəli bilinib.

Nəcəf Hüseynovun əvvəllər məhkum olunduğu bildirilir.


Müəllif: Hacı Zeynalov