25 Aprel 2014 12:00
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda şadlıq evlərindən birində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com-un xəbərinə görə, hadisə aprelin 25-də, gecə saat 22.30-da qeydə alınıb.

Rayonun Rvo kəndindəki şadlıq saraylarının birində keçirilən toy məclisində 34 yaşlı Ramin Əzizov həmkəndlisi, 19 yaşlı İlkin Teymurovu bıçaqlayıb.

İlkin Teymurov ağır bıçaq xəsarəti ilə xcəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Cinayəti törədən Ramin Əzizov həbs edilib. O, ifadəsində törətdiyi cinayəti etiraf edib. Ramin Əzizov deyib ki, zərərçəkmiş onun qohumu və dostudur. Onun sözlərinə görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Hacı Zeynalov


Müəllif: