5 Noyabr 12:18
98

Sumqayıt şəhərində yaşayış evinə maskalı basqın edilib.

Teleqraf.com xəbər verir ki, Zəfər Əliyevin mənzilinə açar seçməklə qarət məqsədi ilə girən naməlum şəxs onunla rastlaşdığından gözyaşardıçı qaz balonu tətbiq edərək götürdüyü qızıl əşyalarını aparmağa cəhd göstərib.

Bu zaman səs-küyə gələn qonşunun köməyi ilə həmin şəxs saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.

1-ci polis bölməsində aparılan araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Zərbəliyev olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeyanlov