17 Yanvar 2018 11:42
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda cinayət törədən şəxs tutulub.

Teleqraf.com xəbər verir ki, yanvarın 15-də saat 15.50-də Zabrat qəsəbəsindəki “Oba” marketdən ərzaq məhsulları oğurlamağa cəhd edən 1981-cı il təvəllüdlü Emil Sadıqov saxlanılıb.

15-ci polis bölməsində aparılan araşdırma zamanı məlum olub ki, Emil Sadıqovun ötən il noyabrın 21-də rayonun E.Mehdiyev küçəsində yerləşən “Oba” marketin müdiri F.Ələkbərova bıçaqla xəsarət yetirib.

Onun 12-ci polis bölməsi tərəfindən axtarışda olduğu üzə çıxıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov