15 Avqust 2014 15:40

Gəncə şəhərində qadınları fahişəliyə cəlb edən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Gəncə şəhər sakini Günel Tağıyeva həbs edilib.

Onun gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...