14 İyun 2014 15:25
3 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada seksual xarakterli ağır cinayətlərdə ittiham olunan 39 yaşlı Maqadan sakininə 16 illik həbs cəzası verilib.

Teleqraf.com-un MagadanMedia-ya istinadən verdiyi məlumata görə, bu cəza apellyasiya məhkəməsinin son qərarı ilə 3 il azaldılaraq, 13 ilə endirilib.

Seksual manyakın intim cinayətlərinin əsas hədəfi yetkinlik yaşına çatmamış uşaqlar olub. Belə ki, o, 16 yaşına çatmamış 10-dan artıq uşağa qarşı seksual zorakılıq edib. Maqadan sakinləri olan şahidlərin iştirakı, təqdim olunan dəlil-sübutlar əsasında pedofillikdə gunahlandırılan manyakın 10-dan artıq cinayəti sübuta yetirilib.

Məhkəmənin qərarına əsasən, o, cəzasını ciddi rejimli koloniyada çəkəcək. Bundan əlavə, peşəsi müəllimlik olan bu şəxsə həbs müddəti bitdikdən sonra daha 5 il pedaqoji fəaliyyətlə məşğul olmaq qadağan edilib.

Nail Cəlil


Müəllif: