8 Avqust 2017 21:36
8 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni serial ailə münaqişəsindən bəhs edəcək. Ailəsinin sosial durumu ilə razılaşmayan övladların problemləri bu gün aktual mövzudur.

Ona görə də çalışacağıq ki, tamaşaçılar bu serialda özlərini, öz problemlərini görə bilsinlər.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Ata ocağı” serialının rejissoru Rüfət Şahbazov deyib.

Rejissorun sözlərinə görə, serialda bir neçə ailənin dramı təsvir ediləcək: “Serial psixoloji dram janrındadır. Sentyabrdan efirə çıxmağı planlaşdırırıq. Serialda xalq artisti Həmidə Ömərova, əməkdar artistlər Qurban İsmayılov, Rasim Cəfər, gənc aktrisa Asya Atakişiyeva çəkiləcək”.

“Ata ocağı” serialı Xəzər TV-də həftədə 5 dəfə yayımlanacaq.


Müəllif: Könül

Oxşar xəbərlər