8 Sentyabr 2017 00:25
1 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası Rusiyada nümayiş olunacaq.

Teleqraf.com xəbər verir ki, tamaşa oktyabrın 16-da “Crocus city hall”da göstəriləcək.

Operada Məcnun obrazını xalq artisti Mənsum İbrahimov, Leylini isə Arzu Əliyeva canlandıracaq. Operanın quruluşçu rejissoru Azərbaycanın əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Rafiz İsmayılov, baletmeysteri Yuliana Əlikişizadədir.

Qeyd edək ki, “Leyli və Məcnun” Rusiyada ilk dəfə nümayiş olunacaq.

Tədbirin təşkilatçısı Azərbaycan Mədəniyyət Studiyasıdır.


Müəllif: Könül

Oxşar xəbərlər