26 İyul 2023 13:40
2 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hələ heç nə məlum deyil. Mən də cavab verməyə hazır deyiləm".

Bunu Teleqraf.com-a açıqlamasında Əməkdar incəsənət xadimi Ayaz Salayev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə Azərbaycan Kinematoqrafçılar İttifaqının birləşməsindən sonra verəcəyi qərarla bağlı sualımıza cavab bildirərkən deyib.

Bu gün Mədəniyyət Nazirliyində hər iki ittifaqın birgə toplantısında iştirak etdiyini bildirən Ayaz Salayev əlavə edib: "Mənə elə gəlir ki, yeni təşkilat akademiya adı altında yaradılmalıdır".

Qeyd edək ki, Ayaz Salayev vaxtilə saytımıza açıqlamasında kino ittifaqları birləşəcəyi təqdirdə qurumu tərk edəcəyini bəyan eləmişdi.


Müəllif: Nərmin