6 May 14:10
6 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xankəndi Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə yeni rəis təyin olunub.

Teleqraf.com xəbər verir ki, əmrə əsasən polis kapitanı Bağırov Alim Eldar oğlu bu vəzifəyə təyinat alıb.

A.Bağırov bunadək Göygöl rayon Polis Şöbəsinin Narkomaniya Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Məlumat üçün onu da bildirək ki, A.Bağırov uzun müddət Xocalı rayon Polis Şöbəsinin rəisi olan mərhum Eldar Bağırovun oğludur


Müəllif: Teleqraf.com