6 May 16:01
1 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan müxalifətini istənilən seçkidə məğlub edə bilərik.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Artsvik Minasyan bildirir ki, kilsə siyasi prosesin başlanğıcında dayanır. Sual budur ki, kilsə siyasətin kökündə necə dayana bilər? Gedin partiyanızı qeydiyyatdan keçirin, sizin də partiyanız olsun, bir-birinizlə yarışın”, - spiker bildirib.

Simonyan müxalifətə xalqı avam yerinə qoymamağa çağırıb: “Xalqı eşşək yerinə, dəli yerinə qoymayın. İnsanlar hər şeyi bilirlər”.

Spiker hakimiyyəti ələ keçirməyə çalışan hərbi cinayətkarlar Robert Köçəryan və Serj Sərkisyana da xitab edib:

“Hakimiyyətdə kimin olduğuna Ermənistan xalqı qərar verəcək, nə sən, nə Artur Xaçaturyan, nə Vinni Pux, nə Köçəryan, nə Serj, nə də başqası. Seçimi Ermənistan xalqı edəcək. İstəmirsə, dəyişəcək, başqası gələcək.

Fiaskosunuz, yenə növbədənkənar seçkilərdən danışırsan. Etmədiyiniz şeylərdən danışırsınız, deməyə sözünüz və üzünüz yoxdur. Hərəkət etmək üçün üzünüz yoxdur.

Sizi hər on aydan bir erkən seçkilərə aparıb qalib gələ bilərik”.

Simonyan müxalifətin əksinə olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını da söyləyib:

“Deyirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanımışıq. Bəli, ona görə ki, bizim ərazi bütövlüyümüz buna bağlıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu