6 May 12:59
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən 1700 il əvvəl İspaniyanın Aralıq dənizindəki Mayorka adası yaxınlığında batmış Roma dövrünə aid gəminin içində bahalı balıq sousu olduğu üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, qalıqlar Mayorka adasının paytaxtı Palmadan təxminən 6 km cənub-şərqdə, Le Meravel kurort şəhəri yaxınlığındakı çimərlikdən bir neçə yüz fut aralıda dayaz sularda yerləşir.

Əvvəlki arxeoloji tədqiqatlar gəminin Karfagen limanından gəldiyini və IV əsrdə naməlum səbəblərdən batdığını göstərir.

Son araşdırma gəminin qəzaya uğramasının daha ətraflı təhlilini təqdim edir. Gəminin yükləri arasında 300 möhürlənmiş gil qabın bir çoxunda qarum (və ya likvamen) adlanan balıq sousu olduğu üzə çıxıb.


Müəllif: Mənsur Rəğbətoğlu