6 May 14:19
1 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məndən soruşdular ki, Dilavər neçənci sinifdə oxuyur, cavab verdim ki, dördüncü sinifdə. Dedilər ki, dördüncü sinif deyil, beşinci sinifdə oxuyur. Biabır oldum".

Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Zaurla Günaydın" verilişində deyib.

"Düşündüm ki, sonra deyəcəklər uşağı ilə maraqlanmır. Mənim evdə ən böyük reabilitasiyam uşaqlarımla oynamaqdır. Dünən saat 8-dən 12-dək uşaqlarımla oynamışam. İnsana qəribə bir hiss gəlir. Həqiqətən də beyin rahatlayır. Heç vaxt heç yerə tələsmək lazım deyil", - qeyd edib.

Qeyd edək ki, Zaur Baxşəliyev ilə Günay Baxşəliyevanın iki övladı var.


Müəllif: Rəqsanə Həsənova