6 May 14:56
3 679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müxalifət Ermənistanı Azərbaycanla müharibəyə sürükləmək üçün hər şeyi etmək istəyir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Milli Məclisdə müxalifətə müraciətində deyib.

“Ermənistanda hakimiyyət dəyişikliyini həyata keçirə biləcəyiniz bir vəziyyət yaratmağa çalışırsınız. Kimlərsə bunun üçün canlarını belə satmağa hazırdır, bəziləri isə artıq satıblar və hakimiyyəti dəyişmək üçün nəinki canlarını, hətta hər şeylərini də satarlar.

Məni təəccüblənirən odur ki, 27 sentyabr hadisələrindən sonra Ermənistan xalqı nə baş verdiyini, hansı qüvvələrin onları nəyə yönəltdiyini, nəyə rəhbərlik etdiyini başa düşmədi və anlamır”, - spiker bildirib.

Alen Simonyan qeyd edib ki, müxalifətin məqsədi Belarus kimi Rusiyaya tabe olan hökumət formalaşdırmaqdır. O, keçmiş hakimiyyəti (Sərkisyan-Köçəryan klanı) ordu və ölkəni talamaqda, seçkiləri saxtalaşdırmaqda ittiham edib.

Simonyan Ermənistanın müstəqilliyini itirməsinə imkan verməyəcəklərini vurğulayıb:

“Ermənistanın bəlli sərhədləri var və olacaq. Ermənistan əbədi olacaq, Ermənistan xalqı seçimini edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu