6 May 16:14
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində hansı xarici qonaqların iştirak edəcəyini açıqlamaqdan imtina edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə ictimaiyyətə məlumat veriləcəyini bildirib.

Peskovun sözlərinə görə, təfərrüatları xüsusi brifinq keçirəcək həmkarı, xarici siyasət üzrə müşavir Yuri Uşakov açıqlamalıdır.

“Mən qabağa düşməyəcəm. Həmkarım Uşakov jurnalistlər üçün brifinq keçirəcək, bu barədə məlumat verəcək. Buna görə də qabağa keçmək istəməzdim”.

Rusiya liderinin andiçmə mərasimi mayın 7-də baş tutacaq. Martda Rusiyada prezident seçkiləri keçirilib və hazırkı Prezident Vladimir Putin qalib gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu