6 May 14:40
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin spikeri Alen Simonyan rusiyalı həmkarı Valentina Matvienkodan heç bir məktub almadığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, məktubun parlamentin komitə sədri Sərkis Xandanyana göndərildiyini, cavabı da onun verdiyini deyib.

“Mən məktub almamışam. Göndərilən həmkarımdan soruşun. Sadəcə onu deyə bilərəm ki, həmkarım cavabı çoxdan göndərib. Həmin ifadələrin sahibi mənəm, nə demişəmsə, düz demişəm, nə demişəmsə, yerində demişəm, yeni heç nə deməmişəm, bu gün də, həmişə də eyni sözləri deməyə hazıram”, - Simonyan bildirib.

Rusiya Federal Şurasının sədri Valentina Matvienko bundan əvvəl Simonyanın bəyanatları ilə bağlı Ermənistan parlamentinə sorğunun hazırlanması və göndərilməsi barədə göstəriş verib. Buna erməni spikerin Avropa Birliyinin parlamentləri ilə konfransda çıxışı səbəb olub.

Simonyan çıxışında ölkəsinin Rusiya ilə müharibədə Ukrayna, eləcə də Gürcüstan və Moldovaya dəstəklərini bildirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu