6 May 16:48
2 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Səbinə Babayeva "Danışaq?” verilişində şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Səbinə Babayeva keçmiş həyat yoldaşı, rejissor Cavidan Şərifovdan ayrılmasından danışıb.

“Keçmiş həyat yoldaşımla 8 il rəsmi nikahda oldum. Ümumilikdə bu hekayə 12 il davam edib. Evliliyimi qorumağa çalışdım. Ailə quranda bu evliliyin birdəfəlik və əbədi olacağını düşünürdüm. Mən ailə adamıyam. Ayrılmağımızın səbəbi fikir ayrılığı olub, amma təfərrüatları açıqlaya bilmərəm", - bildirib.

Səbinə Babayeva yenidən ailə quracağı haqqında suala isə "İnsanın taleyi elədir ki, qarşıda nələr olduğunu bilmirsən", - deyə cavab verib.

Qeyd edək ki, 2012-ci ildə ailə quran cütlük 2020-ci ildə ayırılıblar. Onların Əli adlı oğlu var.


Müəllif: Rəqsanə Həsənova