6 May 12:02
7 977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib.

Ermənistan rəhbərinin andiçmədən bir gün sonra mayın 8-də Avrasiya İqtisadi Birliyinin yubiley sammitində iştirak etmək üçün Moskvaya gedəcəyi gözlənilir. Bundan başqa, Paşinyan Rusiyanın paytaxtında keçiriləcək 9 May Qələbə Paradına da qatılmayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu