6 May 11:33
1 415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tavuş vilayətində Kirantsda (Qazax rayonunun Xeyrimli kəndi istiqamətində) ölçmələr zamanı bir erməni əsgəri mina partlaması nəticəsində yaralanıb.

Teleqraf.com xəbər verir ki, yaralanan əsgər İcevan Tibb Mərkəzinə köçürülüb.

Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.

“Hraparak” qəzeti yazır ki, səhər tezdən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları və polis Kirants kəndinə aparılıb, orada artıq ölçmə işlərinə başlanılıb:

“Sakinlər bizə bildirdilər ki, həmin ərazilərə yaxınlaşmağa icazə verilmir, Kirantz icmasının rəhbəri Kamo Şahinyan qəzetimizə söylədi ki, neytral zonada işlər hələ də davam edir, daha sonra yaşayış sahələrini ölçəcəklər, bizə mübahisəli ərazilərin olduğu bildiriblər”.

Nəşr ölçmə işləri ilə əlaqədar ətraf ərazilərdə hərəkətin məhdudlaşdırıldığını qeyd edib.

İşğal dövründə ermənilər Azərbaycanın Xeyrimli kəndinin bir hissəsini mənimsəməyə çalışıblar. İndi ərazilər ölçülür, qoparılmağa çalışılan ərazilər geri alınacaq.


Müəllif: Mənsur Rəğbətoğlu