6 May 15:04
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb ölkələrinin Ukraynaya hərbçi göndərməsi birbaşa onların müharibəyə qoşulmasına gətirib çıxaracaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

"Qərb dövlətləri öz qoşunlarını Ukraynaya göndərsələr, birbaşa müharibəyə girəcəklər. Rusiya buna cavab verəcək və keçmiş Ukraynanın ərazisində yox... Bu halda onların heç biri gizlənə bilməyəcək, qlobal fəlakət baş verəcək. Buna görə də bu gün Baş Qərargah təlimlərə, o cümlədən qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsinin praktiki sınaqlarına hazırlıq işlərinə başlayıb. Fransa Prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı başlatdığı müzakirə mənfi nəticələrə səbəb olacaq", - Medvedev bildirib.


Müəllif: Əsəd Məmmədəliyev