11 Mart 23:01
2 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi elan edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ARKA məlumat yayıb.

Bildirilib ki, Mədəniyyət Nazirliyi və ARKA tərəfindən özəl sektora dəstək vermək, kinematoqrafiya sahəsində fəaliyyəti, müştərək film istehsalını təşviq etmək məqsədilə cari ilin 2-ci rübündə post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin təşkili nəzərdə tutulur.

Müsabiqəyə özəl prodüser mərkəzləri prodakşn mərhələsi bitmiş, post-prodakşn mərhələsinə dəstək almaq istədiyi film layihələrini təqdim edilə bilər.

Tələb olunan materialların siyahısı və bütün digər şərtlər qaydalarda öz əksini tapacaq.


Müəllif: Teleqraf.com