20 May 14:50
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Rəşadət Orucov Xankəndi şəhər prokuroru vəzifəsinə təyin edilib.

Bu barədə Teleqraf.com-a Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Belə ki, Rəşadət Orucov 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. Əvvəllər Mingəçevir şəhər prokurorluğunun müstəntiq və böyük müstəntiqi, Tovuz rayon prokurorluğun böyük müstəntiqi, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində çalışıb. 2019-cu ildən hazırkı vaxtadək Yasamal rayon рrоkurorunun müavini vəzifəsində işləyirdi.

Qeyd edək ki, Qubadlı rayonunda anadan olan Rəşad Orucov 8 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 May 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhər prokurorluğu yaradılıb.

Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki,


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər