Avropa Oyunları idmanın kütləviliyini dəstəkləyən, eləcə də ölkələr və insanları yaxınlaşdırmağa çalışan dövlət kimi Azərbaycanın populyarlaşması üçün gözəl vasitədir.
Bunu Trend-ə Bakıda səfərdə olan RF Tomsk Ticarət-Sənaye Palatasının Sahibkarlığın inkişafı şöbəsinin müdiri Dmitri Nemıtkov deyib.
Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycanın daha da tanınmasına xidmət edir: "Belə tədbirin keçirilməsi ölkə üçün nüfuzludur, bu onun statusunu göstərir və böyük turist axını deməkdir".