Niderlandın Avropa Oyunlarını keçirməkdən imtina etməsi heç bir problem yaratmayacaq və heç bir halda Bakıda keçiriləcək ilk Avropa Oyunlarına kölgə salmayacaq.
Trend-in verdiyi məlumata əsasən, bunu Bakıda keçirilən mətbuat konfransı zamanı Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.
P.Hikki bildirib: “Əminəm ki, Bakıda Avropa Oyunları uğurla keçirildikdən sonra 2019-cu ildə Oyunların keçirilməsi ilə bağlı namizədlər olacaq”.