Rusiyanın su polosu komandası qadınlar arasında qalib olaraq yarımfinala yüksəlib.
Teleqraf.com xəbər verir ki, su polosu üzrə kişilər və qadınlardan ibarət Rusiya komandaları ötən gün keçirdikləri oyunda qalib gəlib.
Aparan B qrupunda mübarizə aparan qadınlardan ibarət komanda Serbiyaya qalib gələrək birbaşa yarımfinala vəsiqə qazanıb. Qadınlar komandasının məşqçisi Andrey Belofastov qızların gənc olduğunu deyir:
“Hazırlaşmaq üçün bir neçə günə ehtiyacımız var. Çünki qızlarımız olduqca gəncdir, hər gün yarışa çıxmaq onlar üçün olduqca çətindir. Yarımfinal üçün gərgin məşqlər etməliyik. Dörddəbir finalda mübarizə aparmaqla, rəqiblərimizin gücünü öyrənəcəyik”.
Kişilərdən ibarət komanda isə Monteneqroya 11-8 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra Rusiya 1/4 finalda İspaniya ilə qarşılaşacaq.
“Məşq oyunlarında Barselonada iki dəfə İspaniya komandası ilə üz-üzə gəlmişik. Onların gücünü, imkanlarını və oyun üslubunu yaxşı bilirəm. Ümid edrəm ki, onlar bizim oyun üslubumuzu artıq unudublar”.
Rüstəm