Fransa Suriyanın Kobani şəhərində 150 fransız əsgərindən ibarət hərbi baza qurub.
Teleqraf.com xəbər verir ki, Türkiyə sərhədindən 40 kilometr kənarda yerləşən Menbic əyaləti İŞİD terrorçularından alındıqdan sonra PKK-nın Suriya qolu PYD-nin silahlı qanadı YPG bölgədə əməliyyatlarını davam etdirir.
Kürdlərə məxsus saytlar 70-ə yaxın kəndin İŞİD-dən azad edildiyini yazıb. Menbicin mərkəzi hissələrinə nəzarət hələ də İŞİD-in əlindədir. İŞİD mülki şəxslərdən qalxan kimi istifadə edir.
Ayxan