Polkovnik Vaqinak Sarkisyan Ermənistan Silahlı Qüvvələri baş qərargahının kəşfiyyat idarəsinin rəisi təyin edilib.
APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər.
“Müvafiq fərman prezident Serj Sarkisyan tərəfindən iyunun 17-də imzalanıb”, məlumatda deyilir.
Xatırladaq ki, aprelin sonlarında Ermənistan prezidenti S. Sarkisyanın fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyan , rabitə qoşunlarının rəisi, Müdafiə Nazirliyinin rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyan işdən uzaqlaşdırılıb. Mayda isə Ermənistan Silahlı Qüvvələrinin silahlanma idarəsinin rəisi Melsik Çilinqaryan vəzifəsindən azad edilib.