20 İyun 2016 15:40
1 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Astarxan vilayətinin Aşuluk poliqonunun hərbi anbarındakı yanğın söndürülüb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, anbara ciddi ziyan dəyib.

Saat 14:01

Astarxan vilayətinin Aşuluk poliqonunda hərbi anbarda dəhşətli yanğın başlayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yanğın S-75 raket sistemlərinin gücləndiricilərinin olduğu hissədə baş verib:

"Yanğın təhlükəsini nəzərə alaraq, 500 nəfər evakuasiya edilib. Hadisənin baş vermə səbəbləri məlum deyil. Hazırda yanğının qarşısının alınması üçün işlər davam edir".

Samir


Müəllif:

Oxşar xəbərlər