ABŞ-da Respublikaçılar partiyasındann prezidentliyə namizəd, milyarder Donald Trampa qarşı sui-qəsd təşkil olunub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Trampın seçki kampaniyası çərçivəsində seçiciləri ilə görüşü zamanı baş verib.
19 yaşlı ingilis Maykl Stiven Sandford polisin üzərindən götürdüyü silahla Trampa atəş açmağa çalışıb. Ancaq təhlükəsizlik işçiləri bunun qarşısını alıb.
Dindirilmə zamanı gənc oğlan əməlini etiraf edib. O bildirib ki, onun Trampı öldürmək planı olub və 6 aydır bu aktı törətməyə çalışıb.
İngiltərə vətəndaşı olan Sandford bu planı ilə əlaqədar 6 aydır ABŞ-da yaşadığını da deyib.
Samir