22 İyun 2016 11:46
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreya Xalq Demokratik Respublikası yeni raket sınağı həyata keçirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Cənubi Koreya rəsmiləri məlumat verib.

Məlumatlara görə, Şimali Koreya bu gün yerli vaxtla 08:05-də "Musudan" sinfinə aid ballistik raketini sınaqdan keçirib: "Bu KXDR-in sutka ərzində atdığı ikinci raket olub".

Cənubi Koreya prezidenti bu olaydan sonra təhlükəsizlik məsələləri ilə bağlı xüsusi iclas keçirib. Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatına görə, atılan 1-ci raket 150 kilometr məsafə qət edib və sınağı uğursuz olub. İkinci raket 400 kilometr məsafə qət edib, ancaq sınağın uğurlu olub-olmaması ilə bağlı məlumat verilmir.

Hadisədən dərhal sonra açıqlama verən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kibri bildirib ki, rəsmi Vaşinqton Şimali Koreyanın bu addımlarını BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmağı planlaşdırır: "Biz bu məsələni BMT-də qaldırmaq fikrindəyik. KXDR təxribat xarakterli addımlarına görə məsuliyyət daşımalıdır".

Kibri əlavə edib ki, Vaşinqton Şimali Koreyanın ballistik raket sınağı həyata keçirməsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu dəfələrlə bildirib: "Şimali Koreya regionda gərginliyə səbəb olacaq bu kimi addımlardan çəkinməlidir".

Samir


Müəllif:

Oxşar xəbərlər