27 İyun 2016 23:22
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı milyarder, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp öz həmvətənlərinin dəstəyini itirməyə başlayıb.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, Washington Post və ABC teleşirkətinin keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir. Qüyd edək ki, sorğunun nəticələri bu gün açıqlanıb.

Rəy sorğusunun nəticələrinə görə, qeydiyyatdan keçən seçicilərin 39 faizi Trampa səs verəcəklərini bildiriblər. Hilliari Klinton isə 51 faiz seçicinin dəstəyini qazanıb.

Qeyd edək ki, may ayında keçirilən analojo sorğu zamanı Tramp(46 faiz) Hillari Klintona(44 faiz) qalib gəlmişdi.

Son sorğu zamanı respondentlərin 66 faizi Trampın müsəlmanlar, azlıqlar və qadınlarla bağlı fikirlərinin yanlış və ədalətsiz olduğunu bildirib.

Nihad


Müəllif:

Oxşar xəbərlər