28 İyun 2016 17:15
2 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ərdoğanı bu addımı atmağa vadar edən səbəb Türkiyənin xarici siyasət sahəsində vəziyyətinin mürəkkəb olması, öz müttəfiqlərini itirməsidir ".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Aleksandr Sotniçenko deyib. Onun sözlərinə görə, Vaşinqtonun Suriya kürdlərini dəstəkləməsi Türkiyə-ABŞ münasibətlərinin gərginləşməsinə səbəb olub:

"Ərdoğan və digər Türkiyə rəsmiləri münasibətləri yaxşılaşdırmaq üçün rusiyalı həmkarlarına müraciət edib. Türkiyə və Rusiya arasında nəinki iqtisadi, həm də siyasi əməkdaşlığın böyük perspektivləri var.

Çox ümid etmək istərdim ki, yaxın vaxtlarda iki ölkə arasındakı münasibətlər yüksək səviyyəyə çatacaq. Çünki məhz indi siyasi mənada əməkdaşlığın böyük perspektivləri var. Düşünürəm ki, türkiyəli lider öz səhvini başa düşüb".

Politoloq Rusiyanın kompensasiya tələbinə də münasibət bildirib: "Əgər üzr qəbul olunsa, kompensasiyaya ehtiyac qalmaya da bilər. Əsas üzr istəmək idi".

Sotniçenko jurnalistin "Rusiyalı turistlər bu il Türkiyə kurortlarına gedə biləcəkmi" sualına belə cavab verib: "İnanmıram ki, bu, belə tez baş verəcək. Ancaq iki ölkə arasında turizmin inkişafı ilk müzakirə olunacaq məsələlərdəndir".

Samir


Müəllif:

Oxşar xəbərlər