Böyük Britaniya Avropa Birliyindən (AB) ayrıldıqdan sonra ingilislər AB-nin üstünlüklərindən məhrum olmamaq üçün İrlandiya vətəndaşlığını qəbul etməyə başlayıblar.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bir neçə gün ərzində 4 min nəfərə İrlandiya vətəndaşlığı verilib.
İrlandiyanın baş naziri Çarli Flanagan bildirib ki, pasporta tələbin artması sistemin axsamasına səbəb olur: "İnsanların narahatlığı yersizdir, təlaş keçirməyə ehtiyac yoxdur".
Ayxan