Rusiyanın paytaxtı Moskvada Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 47-ci plenar iclası öz işinə başlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Atatürk hava limanında baş vermiş terror aktını pisləyib və Türkiyə xalqına başsağlığı verib: "Gecə saatlarında İstanbulda dəhşətli cinayət törədilib. Terror hücumu zamanı çox sayda dinc sakin həlak olub. Dünya terrorçuluqla mübarizədə bütün səylərini birləşdirməlidir. Bu cür hadisələr təkrarlana bilər. Bunun qarşısını almaq vacibdir".
Qeyd edək ki, İstanbulun Atatürk hava limanında baş verən terror aktı zamanı 36 nəfər həyatını itirib, 147 nəfər yaralanıb.
Samir