1 İyul 2016 12:47
2 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Balxaş şəhərində radikal islamçılar Rusiya hərbi bazasına hücum ediblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları hücumun qarşısını alıblar.

Bununla bağlı komitənin xüsusi nümayəndəsi Vladimir Jumakanov məlumat verib. Onun sözlərinə görə, ekstremistlər bazaya hücumdan sonra Suriyaya getməyi planlaşdırıblar.

Jumakanov hadisə zamanı saxlanılanlar, ölən və xəsarət alanlarla bağlı məlumat verməyib.

Samir


Müəllif:

Oxşar xəbərlər