Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İncirlik hərbi bazası ilə bağlı verdiyi açıqlamanın səhv başa düşüldüyünü bildirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Çavuşoğlu Türkiyənin baş naziri Binali Yıldırımla keçirdiyi mətbuat konfrasında məlumat verib.
O bildirib ki, ölkələr terrorçulara qarşı mübarizədə əməkdaşlıq etməlidir, amma bunun üçün hərbi bazaların istifadəsindən söhbət getmir.
Qeyd edək ki, Çavuşoğlu Ankara hökumətinin NATO-nun ölkə ərazisindəki İncirlik hərbi hava bazasını Rusiya hərbi aviasiyasına açmağa hazırlaşması açıqlamasını vermişdi.
Samir