Cənubi Sudanın Cubedə şəhərində silahlı toqquşma nəticəsində 270-dən çox insan ölüb.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, toqquşma prezident Salva Kiirin tərəfdarları ilə keçmiş qiyamçıların başçısı Riek Maşarı dəstəkləyənlər arasında olub.
Hadisə BMT-nin bu ölkədəki nümayəndəliyinin binası yerləşdiyi rayonda olub.
Qeyd edək ki, 2013-cü ilin dekabrında prezident Salva Kiir müavini Riek Maşarı tutduğu vəzifədən azad edib.