"Xəzər dənizində təhlükəsizlik və sabitlik region ölkələri üçün mühüm əhəmiyyət kəsb edir, bu hövzədən yalnız dinc məqsədlər üçün istifadə etmək lazımdır".
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadla xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Astanada keçirilən Xəzəryanı ölkələri xarici işlər nazirlərinin görüşündəki çıxışı zamanı deyib.
Nazir sözünə davam edib: "Bu aspekti nəzərə alsaq, yəni təhlükəsizlik, şəffaflıq, dənizdən dinc məqsədlər üçün istifadə, sürətlə silahlanmadan imtina, hərbi gücdən istifadə olunmayacağına zəmanət, təhlükələrə qarşı birgə mübarizə, eləcə də Həştərxan sammitində qəbul edilmiş bəyannaməyə əsasən 3-cü ölkələrin hərbi qüvvələrinin yol verməmək - bütün bunlar regionda sülh və sabitliyi təmin edəcək elementlərdir".
Məhəmməd Cavad Zərifin sözlərinə görə, ümumi anlaşma mühiti nəticələrin əldə olunmasına dair danışıqlara daha çox nikbinlik yaradır. İranlı nazir dövlətləri ətraf mühiti qorumağa və bioloji ehtiyatlarından səmərəsiz istifadə etməkdən çəkinməyə də çağırıb.
Samir