26 İyul 2016 17:00
2 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Kirmanşah əyalətinin Sunqur şəhərində adam oğurluğunda, cinsi təcavüzə cəhddə və qəsdən adamöldürmədə günahlandırılan daha 1 nəfər edam edilib.

Adı mediaya açıqlanmayan müttəhim bu ilin iyun ayında qonşusunun 5 yaşlı qızı, Hənnanə Qiyasini oğurlamaqda, onu zorlamağa cəhddə və qətlində günahlandırılaraq ölümə məhkum edilmişdi.

Müttəhim iyulun 25-i sübh saatlarında Sunqur şəhərində ictimaiyyətin və qətlə yetirilən uşağın valideynlərinin gözü qarşısında dar ağacından asılıb.

Qeyd edək ki, son iki həftədə, İranda müxtəlif ittihamlara görə ən 40-a yxın insan edam edilib.


Müəllif:

Oxşar xəbərlər