27 İyul 2016 14:14
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il noyabr ayında türkləri televiziya verilişində təhqir edən şəxslər, İslami İrşad və Mədəniyyət Nazirliyi ilə “Firdovsi Dərnəyi”nin keçirdiyi mərasimdə tədir olunub.

Rəsmi orqanların “Fitilə əmiləri” kimi tanınan qrupun fəaliyyətindən qədrdanlıq etməsi, türk millətinin daha bir mətbu orqan “Tərh-i No” qəzetində təhqir edildiyi günlərə təsadüf edir. “Fitilə əmiləri”nin bütün etirazlara rəğmən Telertadio Şirkətində (Səda və Sima) işləmələri və hətta qısa müddət sonra Nazirlik tərəfindən təqdir olunmaları onu göstərir ki, bir müddət sonra “Tərh-i No” qəzeti və orada dərc olunan təhqiramiz məqalənin müəllifi də rəsmi orqanlar tərəfindən mükafatlandırılacaq.

Məlumata görə, iyulun 25-də “Fitilə” qrupu “uşaq və yeniyetmələr üçün ən yaxşı proqram hazırlayan” qrup kimi, Firdovsi Dərnəyi və İslami İrşad və Mədəniyyət Nazirliyi tərəfindən təqdir olunub.

Şərqi Azərbaycanda nəşr olunan dövlət qəzeti “Tərh-i No” iyulun 20-də türklərə qarşı təhqiramiz yazı dərc edərək onları bədbəxt, irqi pis və s. kimi sözlərlə təqdim edib.

Ötən il noyabrın 6-da isə İran televiziyasının 2-ci kanalında yayımlanan bir televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. “Fitilə” verilişi fars dilində olsa da bəzi bölümlərində türkcə dialoqlar da yer almışdır. Bu hadisədən bir neçə gün sonra Güney Azərbaycan şəhərlərini kütləvi etiraz aksiyaları bürüdü, aksiyalarda çox sayda soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən tutulub və həbs olunmuşdur.


Müəllif:

Oxşar xəbərlər