28 İyul 2016 11:01
1 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terrorçuları Türkiyənin Sirt və Hakkari bölgəsində təhlükəsizlik qüvvələrinə qarşı hücum təşkil edib.

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, hücumlar zamanı 5 təhlükəsizlik işçisi şəhid olub, 1-i mülki vətəndaş olmaqla 11 nəfər yaralanıb.

Məlumatlara görə, terrorçular əvvəlcə polis məntəqəsinin önündə yük avtomobilini partladıblar. Daha sonra isə iri çaplı silahlardan məntəqəni atəşə tutublar. Hücumdan sonra bölgədə geniş miqyaslı əməliyyat başlanıb.

Samir


Müəllif:

Oxşar xəbərlər