29 İyul 2016 17:47
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İrəvanda polis alayının binasını ələ keçirən silahlılar təslim olsalar, onlara bəzi güzəştlər tətbiq olunacaq".

Teleqraf.com "Ria Novosti"agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş prokuroru Qevorq Kostanyan deyib. Onun sözlərinə görə, silahlılar təslim olsalaR, onlara qarşı bir maddə üzrə cinayət işi başlanacaq: "Onlara qarşı "qanunsuz silah saxlama" maddəsi üzrə cinayət işi başlanacaq. Hətta binanın ələ keçirilməsi zamanı polisin öldürülməsi üzrə cinayət işi yalnız onu öldürən şəxs üçün başlanacaq. Yox əgər təslim olmasalar, onlara qarşı "Qanunsuz silah saxlama", "binanın ələ keçirilməsi" və "girov saxlama" maddələri üzrə ittiham irəli sürüləcək.

Ancaq son olaraq qeyd etmək istəyirəm ki, istintaq prosesi yekunlaşmayana qədər onlara qarşı hansı maddələrin irəli sürüləcəyi məlum olmayacaq".

Bu arada, silahlı qruplaşmanın daha bir üzvü yaralanıb. Bununla bağlı Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyan məlumat verib. O bildirib ki, insident zamanı ilk atəşi silahlılar açıb: "Binadan atəş açıldı. Bundan sonra polislər atəşə qarşılıq verdilər. Bir silahlı yaralandı".

Saat 16:58

İrəvanda polis alayını ələ keçirən silahlılar girovluqda saxladıqları həkimləri azad etmək üçün yeni şərtlər irəli sürüblər.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı silahlıların nümayəndəsi Varujan Avetisyan məlumat verib.

Onun sözlərinə görə, həkimləri yeni briqda əvəz etsə, girovluqda saxlanılan tibb işçiləri azad olunacaq. Avetisyan həkimlərin girov götürülməsi məsələsinə də aydınlıq gətirib: "Biz iyulun 26-da silahlı insident zamanı yaralı üzvlərimizi xəstəxanaya çatdırmaq üçün polislərlə razılaşdıq. Təhvil verilmə zamanı polislər atəş açmağa başladı. Biz də tibbi yardım üçün göndərilən həkimləri girov götürdük. Onlar razılaşmanın şərtlərini pozdular. Biz burda qalacağıq və təslim olmayacağıq. Biz məqsədimizə çatacağıq".

Qeyd edək ki, silahlı şəxslər iyulun 17-də polis alayına hücum edib və oranı ələ keçiriblər. Hücum zamanı 1 polis əməkdaşı öldürülüb, 3-ü xəsarət alıb. Hazırda silahlılar 4 polis əməkdaşını girovluqda saxlayırlar. Onlar Serj Sərkisyanın istefasını və "Yeni Ermənistan" təşkilatının rəhbəri Jirayr Səfilyanın azad edilməsini tələb edirlər.

İyulun 20-dən başlayaraq, İrəvanda silahlı şəxslərə dəstək məqsədilə yürüş təşkil edilib. Həmin gecə polislə nümayişçilər arasında toqquşmalar baş verib. Hadisələr zamanı 29-u polis olmaqla 51 nəfər xəsarət alıb, 130-dan çox yürüş iştirakçısı saxlanılıb.

İyulun 26-da silahlılarla polislər arasında atışma baş verib. Hadisə zamanı 2 silahlı və 1 polis yaralanıb. Onlar xəstəxanaya çatdırılıb. Oxşar hadisə iyulun 27-də də baş verib. Yaralı qruplaşma üzvlərinə tibbi yardım göstərmək üçün polis alayının binasına daxil olan 4 həkim də girov götürülüb.

Samir


Müəllif:

Oxşar xəbərlər