29 İyul 2016 17:25
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sizlər bir oldunuz, qiyamçılara qalib gəldiniz. İndi sizə səslənərək elan edirəm: Xainlərin yuva qurduqları Akıncı hərbi bazası qapadılacaq və ora şəhidlərimizin xatirəsinin yad edildiyi məkan olacaq".

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binali Yıldırım Kazan meydanında xalqın qarşısındakı çıxışı zamanı deyib.

O bildirib ki, helikopterlərin qalxdığı və tankların hərəkətə keçdiyi bütün bölmələr bağlanacaq: "Həmin yerlər insanların istirahətini təmin edəcək gözəl məkana çevriləcək. Tankları, təyyarələri, helikopterləri sizin üzərinizə yeridənlərdən əvəzini çıxacağıq, onların burunlarından gətirəcəyik".

Samir


Müəllif: