ABŞ-ın Kaliforniya ştatında çöllük ərazidə F/A-18C qırıcı təyyarəsi qəzaya uğrayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində bir pilotun öldüyü bildirilib. Məlumata görə, təyyarə San Diyeqo şəhərinin Tventine Palms bölgəsində açıq ərazidə yerə çırpılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.