Ermənistan təhlükəsizlik orqanları ölkədə silah satışını qadağan ediblər.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb iyulun 17-də silahlı şəxslərin İrəvanda polis alayına basqın etməsi olub: "Silah satışı nəzarətə götürülüb. Müəyyən növ silahların satışı qadağan edilib. Qadağanın müddəti məlum deyil".
Qeyd edək ki, məlum hadisə zamanı 1 polis əməkdaşı öldürülüb, 3-ü yaralanıb. Silahlılar 14 gün 4 polis əməkdaşını girovluqda saxlayıblar. Onlar Serj Sarkisyanın istefasını və "Yeni Ermənistan" təşkilatının rəhbəri Jirayr Səfilyanın azad edilməsini tələb ediblər. Silahlı qrupun üzvləri iyulun 31 gecə saatlarında təslim olublar. İrəvanda silahlı şəxslərə dəstək məqsədilə keçirilən aksiyalar zamanı 120 nəfər xəsarət alıb, 240-dan çox insan saxlanılıb.
Samir