5 Avqust 2016 01:52
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının üzvü, həkim Məhəmmədhəsən Qasimi Suriyada gedən döyüşlərdə öldürülüb.

Bəşər Əsəd rejiminə dəstək məqsədilə 3 ildən bəri Suriyanın hökumət xəstəxanalarında çalışan həkim Məhəmmədhəsən Qasimi, avqustun 2-də bu ölkənin Hələb əyalətində müharibə yaralılarını daşıyarkən Əsədə müxalif qüvvələr tərəfindən öldürülüb. Onun meyitinin ölkəyə gətirilib-gətirilmədiyi haqda məlumat yayılmayıb.

İran, Bəşər Əsəd rejiminin əsas himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətini devrilməkdən qurtarmaq məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsəd müxalifləri ilə qarşıdurmalarda həlak olub. Həlak olanlar arasında “Sepah”ın Əfqanıstan və Pakistandan olan muzdlu üzvləri çoxluq təşkil edir.


Müəllif:

Oxşar xəbərlər