5 Avqust 2016 10:47
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama İŞİD terror təşkilatı ilə mübarizə məqsədilə Pentaqonda Beynəlxalq Təhlükəsizlik Şurasının üzvləri ilə görüşüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, toplantıda ABŞ-ın müdafiə naziri Eşton Karter, qərargah rəisi general Cozef Danford, daxili işlər naziri Ceh Conson, Beynəlxalq Təhlükəsizlik Şurasının müşaviri Susan Rays və digərləri iştirak ediblər.

Toplantıdan sonra mətbuat konfransı keçirən Obama deyib ki, İŞİD Suriya və İraqda zəifləsə də, təhlükəsini saxlamaqdadır: "İŞİD-in heç bir liderinin izini buraxmayacağıq. Onların sonuna çıxacağıq".

Obama ABŞ və Rusiyanın Suriya böhranının həllində əməkdaşlıq məsələsinə aydınlıq gətirib:

"Biz bu məsələdə Moskva ilə əməkdaşlığa hazırıq. Rusiya bu məsələlərdə ciddi olduğunu sübut etməlidir. Hələ ki ruslara və Vladimir Putinə inana biləcəyimizə əmin deyiləm".

Dövlət başçısı ABŞ-ın İrana təzminat ödəməsi iddialarına münasibət bildirib: "ABŞ-ın İranda həbs olunan vətəndaşlarını azad etmək üçün 400 milyon dollar ödəməsi ilə bağlı iddialar əsassızdır. Tətbiq etdiyimiz sanksiyalar səbəbindən İran ilə bankçılıq əlaqələrimiz yoxdur".

Samir


Müəllif:

Oxşar xəbərlər