Almaniyanın Saar federal ərazisinə məxsus Saarbryukken şəhərindəki kafelərdən birində silahlı şəxs barrikada qurub.
"Report"un məlumatına görə, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Kafedə müştərilərin olub-olmadığı məlum deyil.
Hazırda Almaniyanın hüquq-mühafizə orqanlarının xüsusi təyinatlıları ərazidə əməliyyat keçirirlər.